Bakıda yağışlı havada baş verən qəzalar - VİDEO

 Bakıda yağışlı havada baş verən qəzalar - VİDEO

Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir.

Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır.

Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb. 

Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və sürücü idarəetməni itirir. 

Müasir avtomobillərin çoxunda sürüşməyə qarşı funksiya var ki, istər yağışlı, istərsə də qarlı havada bir düyməni basmaqla sürüşmə faizini minimuma endirmək olur. Lakin bu heç də bütün avtomobillərdə olmur.

Odur ki, sürücülər son dərəcə diqqətli olmalı, sürət həddi, ara məsafəsinə önəm verməlidirlər. 

Mütəxəssislər bildirir ki, elə sürət həddi seçmək lazımdır ki, ehtiyac olduğu zaman əyləc sistemindən istifadə edilməsin, avtomobilin sürəti bunsuz tənzimlənsin.

Bakucity.az

Bakı yağış qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər