11:23, 12 oktyabr 2019

Bakıda dəm qazı can aldı

Bakıda dəm qazı can aldı

Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.

Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.

Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili müayinə olunması üçün MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Bakucity.az

#Bakı #dəm qazı

Şərhlər

Elan
live comments feed...