Rostovdan Bakıya aviareys açılır

Rostovdan Bakıya aviareys açılır, Seymur

Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq.

Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

“Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa uçuşların həyata keçirilməsinə start verəcək.

Bakucity.az

Bakı Rostov aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər