Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb.
C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Bakucity.az