Bakıda minik avtomobili qəzaya uğrayıb.
Bakucity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.
Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil dəmir maneələrə çırpılıb. Qəza səbəbindən yolda tıxac yaranıb.
Əraziyə yol polisi əməkdaşları cəlb edilib.
Bakucity.az