Bakıda nadir əməliyyat: burnundan diş çıxardılar - VİDEO

Bakıda nadir əməliyyat: burnundan diş çıxardılar - VİDEO

Bakı şəhərindəki klinikaların birində nadir cərrahiyyə əməliyyatı həyata keçirilib.

Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, burunun içindən çıxan diş cərrahi müdaxilə ilə çıxarılıb.

Nadir hallarda qeydə alınan bu əməliyyatı həyata keçirən həkim "Xəzər Xəbər"ə bildirib ki, əvvəlcə burunun içərisinə alətlərlə müdaxilə edilib. Kiçik bir prosedurdan sonra isə orada bitən diş çıxarılıb.

Həkim-stomatoloq Naib Bayramov deyib ki, dişin burunun içində çıxması daha çox gizli formada olur və özünü, demək olar, büruzə vermir. Nadir hallarda nəfəs almaqda problem kimi özünü göstərsə də, çox vaxt sakit formada olur.

O bildirib ki, dişin bu formada çıxmasının bir neçə səbəbi var. Bu günə kimi belə problemlə iki xəstə əməliyyat edilib.

Bakucity.az

Bakı əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər