Bakının bu əraziləri qazsız qalacaq

Bakının bu əraziləri qazsız qalacaq, Seymur

Bu gün saat 12:00-dan Bakının Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.

Bu barədə Bakucity.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bu müddətdə “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Bakucity.az

Bakı qaz məhdudiyyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər