Bakıda özəl uşaq bağçalarında qiymətlər - Psixoloqdan vacib məsləhətlər

Hər bir uşaq tez və asanlıqla bağçaya uyğunlaşa bilmir. Valideynlər və körpələr yeni bir mərhələyə mütləq hazırlaşmalıdırlar.

Bakucity.az bugünkü məqalədə uşağın yeni şəraitə öyrəşməsinə necə kömək etməyi, uyğunlaşma dövrünün nə qədər davam etdiyini, Bakıda yerləşən uşaq bağçalarında hansı dərslərin keçirildiyini və bunun neçəyə başa gəldiyini öyrənib.

Ekspert rəyi

Uşaq psixoloqu Xəyalə Allahverdiyeva saytımıza açıqlamasında qeyd edib ki, uşağı bağçaya yazdırmazdan əvvəl hazırlıq mərhələsindən keçirmək lazımdır və bu məqama diqqətlə yanaşılmalıdır:

“Valideynlər bununla bağlı tez-tez müraciət edirlər. Ümumiyyətlə, uyğunlaşma dövrünə təsir edən bir neçə amil var. Əvvəla, valideynlərin özləri də uşağı tək buraxmağa hazır olmalıdırlar. Adətən, körpə kifayət qədər erkən yaşlarında uşaq bağçasına qoyulduqda onun yeni həyat şəraitinə alışması daha asan olur. Üç yaşdan sonra isə uyğunlaşma dövrü çətinləşir”.

Psixoloqun fikrincə, özünüdərketmə hissi olmayan və ana ilə əlaqəsi zəif olan körpələr yeni həyat tərzini daha asan qəbul edirlər:

“Bir yaş yarımlıq uşaqlarda yalnız qorxu və sevgi hissi formalaşır. Uşaqlar ən çox valideynlərinin geri dönməyəcəyindən qorxurlar. Bəzi valideynlər səhvən körpənin yeni yerə və yad adamlara iki-üç günə öyrəşəcəyinə inanırlar. Əslində isə hər şey bir qədər çətindir. Uşaq iki həftədən iki ay müddətinə qədər vaxtda uşaq bağçasına hazırlaşdırılmalıdır. Belə anlarda hər bir valideyn övladı üçün psixoloq olmalı və hisslərini daima onunla müzakirə etməlidir”.

Körpənin uşaq bağçasında ola biləcək ən müsbət stimullara diqqət yetirməsinə kömək etmək vacibdir. Uşağa bağçada çoxlu uşaqların olduğunu və bunun yeni dostlar qazanmaq, maraqlı oyunlar oynamaq imkanı demək olduğunu tez-tez xatırlatmaq lazımdır.

Bundan əlavə, X.Allahverdiyeva uşağı yeni gündəlik iş rejiminə hazırlamağı da tövsiyə edir:

“Günün müəyyən bir rejiminə hazır olmayan uşaqlar bağçada bəzi çətinliklərlə qarşılaşa bilərlər. Bağçada müəyyən bir vaxtda yatmaq, yemək, müxtəlif dərslərdə oturmaq və s. onu qorxuda bilər. Bütün bunlar isə stresə səbəb olur”.

Mütəxəssis valideynlərə uşağın bağçada gündəlik oynayacağı oyunları uşaqları ilə oynamağı da tövsiyə edir. Belə oyunlar bağçada ananın körpəsi üçün gəlişindən əvvəl oynanılır. Beləliklə, uşaq hər zaman xatırlayır ki, anası onu aparmağa gələcək.

Uşağın xasiyyəti uşağın uyğunlaşma prosesinə də təsir göstərə bilər. X.Allahverdiyevanın qeyd etdiyi kimi, vərdişli insanlar yeni mühitlə tanış olmaq baxımından daha rahatdırlar:

“Ana uşaqla çox vaxt keçirir. Buna görə də vaxtaşırı körpəni atası, nənəsi və digər qohumları ilə tək qoymaq faydalıdır. İlkin mərhələdə 15 dəqiqə kifayətdir, sonra 30 və s. Beləliklə, uşağın anası ilə keçirməyəcəyi vaxtı tədricən artırmaq olar. Bu yolla uşaq anasının hər dəfə ayrıldıqdan sonra qayıdacağına inanır. Bundan başqa, ana körpəni uşaq bağçasına gətirəndə oradan mümkün qədər tez ayrılmalıdır. Qeyri-müəyyənlik nümayiş etdirmək olmaz. Bu hisslər uşağa ötürülə bilər və o, bundan sonra bağçada qalmaq istəməz”.

Mütəxəssis uşağın bağçaya mərhələli şəkildə aparılmasını da məsləhət görüb:

“Başlanğıcda uşağı yalnız bir saat bağçada qoymaq kifayət edir. Körpə yeni gündəlik iş rejiminə tam öyrəşdikdən sonra onu bütün günü bağçada qoya bilərsiniz. Bəzi uşaqlar yalnız ilk iki günü həvəslə uşaq bağçasına gedirlər. Bu sanqvinik və xoleriklər üçün xarakterikdir. Üçüncü gün isə şıltaqlıqlar başlayır.

Ümumiyyətlə, uşaqlar yeniliyi sevir. Başlanğıcda uşaq çox sayda yeni insan, əşyalar və s. görüb bu mühiti xoşlayır. Tez müddətdə isə bunların hamısı onun üçün adiləşir. Hazırlıq prosesi bütün bunların olmaması üçün çox vacibdir”.

Uşaq bağçaları nə təklif edir?

İlkin prosesdə uşağın bağçaya uyğunlaşma dövrünün iki həftədən iki aya qədər davam edə biləcəyini öyrəndik.

Bu gün isə paytaxtdakı uşaq bağçaları uşaqlara xarici dillər, məntiq, gimnastika, üzgüçülük, rəqs və s. kimi geniş təlim-tədris də təklif edir. Bağçalarda müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar da təşkil olunur.

Bakıda bəzi özəl uşaq bağçaları üç təhsil sahəsi təklif edir: Azərbaycan, rus və ingilis. Bu, bəzilərində qiymətə də təsir göstərir. Digərləri üçün isə hamısı eyni qiymətə başa gəlir.

Uşaq bağçası

Yaş

Az. sektor

Ru. sektor

İn. sektor

Kindergarden Baku

2 yaşdan

___

600 AZN

700 AZN

Kainat Bağça

1 yaşdan

250 AZN

250 AZN

---

Kodomo Baku

1 yaşdan

250 AZN

250 AZN

---

Mickey’s House

2 yaşdan

600 AZN

600 AZN

600 AZN

Albalı

1 yaşdan

350 AZN

350 AZN

350 AZN

Baby Plaza

4 yaşdan

650 AZN

650 AZN

650 AZN

Baby Star

Bir yaş yarımlıqdan

420 AZN

420 AZN

___

Globus

Bir yaş beş aylıqdan

400 AZN

400 AZN

450 AZN

Züleyxa İsmayılova

Bakucity.az

Bakı uşaq bağçası psixoloq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Evdən çıxmamışdan qabaq SMS göndərin Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar imzalayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiy...
Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...