Bakıda qırmızı işıqda keçdi, iki avtomobillə toqquşdu - VİDEO

Bakıda qırmızı işıqda keçdi, iki avtomobillə toqquşdu - VİDEO

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Zərdabi küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes GL” markalı avtomobilin sürücüsü işıqforun qadağanedici nişanının tələbini pozaraq Ə.Haqverdiyev küçəsindən Zərdabi küçəsi ilə kəsişməyə daxil olur. Bu zaman yaşıl işıqda hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin önünə çıxır. Daha sonra “Nissan Tida” markalı avtomobil ilə toqquşur.

Bakucity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər