• Ana səhifə
  • Bakı aeroportundan 9 ayda 3,7 milyon sərnişin istifadə edib
13:55, 14 oktyabr 2019

Bakı aeroportundan 9 ayda 3,7 milyon sərnişin istifadə edib

Bakı aeroportundan 9 ayda 3,7 milyon sərnişin istifadə edib

Bu ilin yanvar-sentyabr aylarında Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında 3,7 mln. sərnişinə xidmət göstərilib.

Hava Limanından Bakucity.az-a verilən məlumata görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6% çoxdur.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 mln. nəfər təşkil edib.

Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.

Hazırda altı xarici aşağı büdcəli aviaşirkət – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja)  Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bakucity.az

#Bakı #aeroport #sərnişin

Şərhlər

Elan
live comments feed...