Bakıda da erkən nikah halları çoxalır? - ARAŞDIRMA

“Bəzən erkən nikah probleminin kökündə adət-ənənə, iqtisadi məsələlərin dayandığı deyilir. Mən isə düşünürəm ki, bunun kökündə sadəcə savadsızlıq dayanır”. 

Bunu BakuCity.az-a açıqlamasında hüquqşunas Ellada Bayramova deyib.

Onun sözlərinə görə, erkən nikahlara səbəb ölkədə, xüsusilə, bölgələrdə təhsil səviyyəsinin aşağı olmasıdır:

“Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasına deyilir. İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində isə yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdirlər. Nikah könüllü olmalıdır ki, sonu boşanma ilə nəticələnməsin. Son zamanlar paytaxtda boşananlar arasında erkən nikaha daxil olmuşlar da çoxluq təşkil edir. Məhz buna görə də aşağı yaşda evlənənlərin çoxalması ilə bağlı fikir formalaşır. 

Hazırda isə erkən nikaha daxil olma halları Bakıda və Azərbaycanın digər şəhərlərində nisbətən azdır. Bölgələrdə və Bakı kəndlərində isə bu hal getdikcə çoxalmaqdadır.

Ölkədə təhsil səviyyəsi elə hal alıb ki, 12-15 yaşlı qız uşaqlarının məktəbdən uzaqlaşdırılaraq erkən nikaha təhrik edilməsinə ətrafdakı insanlar göz yumur. Hətta ölkədə elə məktəb direktorları var ki, öz gəlinlərinin 15-16 yaşında olduğunu etiraf edirlər”. 

E.Bayramova bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində yüzlərlə yeniyetmə qız oxuduğu halda belə ziyalıların ailəsində erkən nikah qeydə alınırsa, o zaman təhsilsiz və dünyagörüşü bəsit olan ailələrdən nəsə gözləmək olmaz:  

“Dövlət bu məsələlərə ciddi nəzarət etməli, tədbirlər görməlidir. Çünki erkən nikahlar yalnız polisə müraciət edildikdə qanunla tənzimlənir. Lakin bu tənzimlənməyə də qarşısı əqli cəhətdən tam inkişaf etməmiş, nikaha cəlb olunan qızın polis idarəsində ərizə yazaraq nikaha razılıq verməsi mane olur. Ona görə də dağılan ailələr arasında erkən nikaha daxil olanların sayının çox olması faktı hər şeyi açıq-aşkar göstərir”.

Psixoloq Limunət Əmrahlının fikrincə isə erkən nikahların baş verməsinin iki mühüm səbəbi var - sosial və psixoloji. Sosial səbəb valideynlərin mədəniyyətdən gələn ənənələri hələ də stereotipik qaydada davam etdirmələri, qızları tez ərə verərək “üz qarasından”, “duz yükündən” qurtarmaq cəhdləridir: 

“Ürək ağrısı ilə qeyd edirəm ki, biz hələ 100 il əvvəlki vəziyyətdən irəli gedə bilmirik. Baxın, o zaman Y.V.Çəmənzəminli “Ana və analıq” povestində yazırdı: “Filankəs oğluna qız almağa getdi” deyirlər. Qızı şey kimi alıb-verirlər. Oğlanlar qızları aldıqda onu özlərinə mal hesab edirlər. Qızları bizdə çox vaxt uşaqlıqda ərə verirlər. Bu şərait içində elmsiz və qapalı qızlar asudə dolanmağa müstəqil deyillər”.

İkincisi, qeyd etdiyim kimi, psixoloji amildir. Atalar, qardaşlar, yəni ailədəki kişilər öz cinsi tələbatlarından, şəhvət, ehtiras hissindən çıxış edərək belə düşünürlər ki, hər an onların evindəki qız uşağı “yolunu aza”, kiminləsə görüşə bilər və ya kimsə onu qaçırar. Və ya yaşı keçər, evdə qalıb “un çuvalına tay olar”. Yəni mədəniyyətimizdə bu faktı təsdiq edən çoxsaylı nümunələr var”.

Psixoloq təəssüf hissi ilə qeyd edir ki, dövlət qurumları, xüsusilə, təhsil sistemi və hüquq-mühafizə orqanları məsələyə laqeyd yanaşırlar. Nəticədə, belə erkən ailə qurmuş qızlar özləri kimi savadsız övlad böyüdür, onun sağlamlığının qeydinə qala bilmirlər və s.

Qərbdə vəziyyət necədir?

Avsraliya, Avstriya, Belarus, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kuba, Çex Respublikası, Almaniya, Fici, İrlandiya, İngiltərə, İtaliya, İspaniya, İsrail, Macarıstan, Kosova, Makedoniya, Malta, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, Rusiya, Serbiya, Portuqaliya, Zimbabvedə isə 16 yaşında nikah bağlamağa icazə verilir.

50 ştatı olan ABŞ-ın isə 27-sində evlənmək üçün hər hansı yaş həddinin müəyyən edilmədiyi məlum olub.

Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda isə nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı erkən nikah
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...