Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO

Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO

Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

BakuCity.az xəbər verir ki, V.Məmmədəliyevlə vida mərasimi son iş yeri olan Bakı Dövlət Universitetində təşkil edilib.

Mərasimdə mərhumun ailə üzvləri, elm xadimləri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artisti Arif Babayev, millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva və bir sıra görkəmli şəxslər iştirak ediblər.

Universitetin rektoru Elçin Babayev akademikin yaradıcılığına nəzər salıb, yaxınlarına, doğmalarına başsağlığı verib.

Əməkdar elm xadimi, akademik V.Məmmədəliyev II Fəxri xiyabanda dəfn olunacaq.

V.Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.

Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-1 Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-2 Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-3 Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-4
Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-5 Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-6 Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı vida mərasimi Vasim Məmmədəliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər