Ərdoğan Bakıya gəlib - FOTO

Ərdoğan Bakıya gəlib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlib.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R.T.Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan Bakıya gəlib - FOTO, fotoşəkil-1 Ərdoğan Bakıya gəlib - FOTO, fotoşəkil-2 Ərdoğan Bakıya gəlib - FOTO, fotoşəkil-3 Ərdoğan Bakıya gəlib - FOTO, fotoşəkil-4 Ərdoğan Bakıya gəlib - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakı Rəcəb Tayyib Ərdoğan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər