Qolumuzu saymayan holland referiyə qarşı Bakıda aksiya - FOTO

Qolumuzu saymayan holland referiyə qarşı Bakıda aksiya - FOTO

Niderlandın Bakıdakı səfirliyi qarşısında oktyabrın 13-də holland referi Dennis Higlerin Avro-2020 çərçivəsində baş tutmuş Macarıstan-Azərbaycan (1:0) oyununda hakimliyi əleyhinə piket keçirilib.

Bu barədə BakuCity.az Virtualaz.org-a istinadən xəbər verir.

Piket iştirakçıları "Ədalətsiz qərar", "Ədalətsiz hakim", "Futbol siyasətdən kənardır", "Bizə heç-heçəmizi qaytar" kimi ifadələr işlədiblər.

Etirazda “Holland pendirinə “hə”, hollandiyalı hakimə “yox” yazılmış plakat da qaldırılıb.

Xatırladaq ki, hakim əlavə edilmiş vaxtda millimizin üzvü Bəhlul Mustafazadənin vurduğu təmiz qolu hesaba almayıb və faktiki olaraq Azərbaycan yığmasının bir xalını oğurlayıb.

Qolumuzu saymayan holland referiyə qarşı Bakıda aksiya - FOTO, fotoşəkil-1 Qolumuzu saymayan holland referiyə qarşı Bakıda aksiya - FOTO, fotoşəkil-2 Qolumuzu saymayan holland referiyə qarşı Bakıda aksiya - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı referi aksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər