Bakıda Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası keçirilir - FOTO

Bu gün Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-ə yaxın nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti, beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün önəmli layihələrin, Avropa yükdaşımaları bazarının tədqiqi və inkişafı perspektivləri mövzularına, həmçinin “Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub. 

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir, nəqliyyat sektoru, o cümlədən avtomobil nəqliyyatı üzrə fəaliyyət genişləndirilir: 

“Təsadüfi deyil ki, Azərbaycan Respublikası bu gün etibarlı tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa cəlb olunub və bir sıra iri regional nəqliyyat layihələrinin reallaşdırılmasında fəal iştirak edir. Nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun ən böyük tranzit, logistika mərkəzinə və mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri tamamilə yenidən qurulub və Avropa standartları səviyyəsinə gətirilib”.

R.Quluzadə çıxışında beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Nazir eyni zamanda Keyfiyyət Xartiyasının tələblərinin icra vəziyyəti və nəzərdə tutulan tədbirlər planından danışıb. 

Reqlamentə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Keyfiyyət Xartiyasının tələblərinin icrasına dair son vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il avqustun 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair imzaladığı mühüm Fərman avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin həyata keçirilməsi zamanı icra mexanizminin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılmasına dair göstərişi özündə ehtiva edir. Məhz avtomobil nəqliyyatı sahəsində beynəlxalq təcrübənin tətbiqinə dair bu tarixi Fərmanın imzalanması, dünyanın qabaqcıl avtomobil nəqliyyatçılarının ən böyük toplantısı və nəqliyyat siyasəti üzrə dialoq üçün qlobal platforması hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun illik “Bakı sessiyası” ərəfəsində Azərbaycanın əməkdaşlıqda beynəlxalq normaların tələblərinə əməl etdiyinə dair ən bariz nümunə oldu.

Xatırladaq ki, Beynəlxalq Nəqliyyat Forumunun 57 üzvü var. Azərbaycan Respublikası 1998-ci ilin may ayından bu forumun həqiqi üzvüdür. 

Beynəlxalq Nəqliyyat Forumunun əsas məqsədləri foruma üzv ölkələrin beynəlxalq nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin müəyyən edilməsi, üzv ölkələrin milli orqanlarının beynəlxalq nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla beynəlxalq daşımalarla məşğul olan bütün iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsidir. 

2015-ci il 26 may tarixində Almaniyanın Leypsiq şəhərində keçirilmiş növbəti sammitdə üzv ölkələrin Beynəlxalq Nəqliyyat Forumunun təsis etdiyi “Çoxtərəfli icazə”lərlə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcılara (hüquqi şəxslərə və ya fərdi sahibkarlara), onların məsul şəxslərinə, eləcə də sürücülərinə münasibətdə vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyası qəbul edilib. 

Keyfiyyət Xartiyası avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən nəqliyyat vasitələrinin heyətlərinin iş və istirahət rejiminə riayət edilməsini, nəqliyyat müəssisələrinin məsul şəxslərinin və sürücülərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsini, həmçinin hüquqi və ya fiziki şəxslərin, onların məsul şəxslərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, eyni zamanda vahid tələblərin pozulmasına görə nəzarət və inzibati praktikanın tətbiq edilməsini nəzərdə tutur.

BakuCity.az

Bakı forum nəqliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qəhrəman Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Ko...
Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...
Hadisələr
Sürücü xəsarət alıb Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib. Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb. Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb. BakuCity.az
Hadisələr
Dostlar sıxlıqda bir-birilərini itiriblər Bakıda 16 yaşlı gənc itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə or...
İdman
Yarışa 250 gimnast qatılacaq Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.  BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq. Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noy...
Ekologiya
Mülayim külək əsəcək Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Qızıl medal qazanıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən BakuCity.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Vətənə qalibiyyətlə dönə...