Bakıda Moskva Dövlət Universitetinin müəlliminin velosipedi oğurlanıb

Bakıda Moskva Dövlət Universitetinin müəlliminin velosipedi oğurlanıb

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuri Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

BakuCity.az

Bakı universitet müəllim oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər