“Baku Jazz Festival”a həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

Landmark Hotel Baku-da XIV “Baku Jazz Festival”ın başlanması münasibətilə mətbuat konfransı keçirilib.

BakuCity.az xəbər verir ki, illik caz musiqisi festivalının təşkilatçıları jurnalistlərə qarşıdakı tədbirin proqramı, iştirakçıları və "I am Jazzman" müsabiqəsi barədə məlumat veriblər.

Festivalın direktoru Leyla Əfəndiyeva qeyd edib ki, bu il festival çərçivəsində 25-dən çox konsert, master-klass, seminar, caz filmləri günləri, həmçinin üç festival günü ayrılmış “I am Jazzman” adlı gənc ifaçılardan ibarət müsabiqə planlaşdırılır:

“Bu müsabiqə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan sonra Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edən caz musiqiçiləri və ifaçıları özlərinə yol tapırlar. Gənc ifaçıların müsabiqəsini Azərbaycanın məşhur caz vokalçısı Elnarə Həsənli idarə edir”.

Festivalın direktoru onu da əlavə edib ki, Bakıda caz günləri əlamətdar tarixə - 18 oktyabr Azərbaycanın Müstəqillik Gününə təsadüf edir:

“Bu, bizim üçün ikiqat bayramdır. Azərbaycan özünü ifadə edir, bunu həm də caz musiqisi haqqında demək olar. Təbii ki, bu musiqidə, həmçinin improvizasiyalar mövcuddur, buna görə də hər il proqramımızı şaxələndirməyə çalışırıq. Bu baxımdan 18 oktyabrda İçərişəhərdə açıq ərazidə konsertimiz olacaq”.

Onun sözlərinə görə, Qız Qalası yaxınlığında üç saatlıq konsert keçiriləcək. Həmin konsertdə həm yerli, həm də xarici musiqiçilər çıxış edəcəklər. Konsertdən sonra festival qonaqlarını sürpriz gözləyir:

“Paytaxt sakinləri və qonaqları üçün təşkil edilən konsertdən sonra Qız Qalası yaxınlığında ilk dəfə caz üslubunda “3D mapping” adlı ART qurğusu təqdim ediləcək. Bu, kiçik ART performansı olacaq”. 

Bakıda caz festivalının tərəfdaşı olan A+A Events kampaniyasının nümayəndəsi Kamran Quliyev də, öz növbəsində, festivalın təşkilatçıları ilə böyük məmnuniyyətlə əməkdaşlıq etdiyini vurğulayıb: 

“Bu il festivalın açılışı “Open Air” rejimində keçiriləcək və həm paytaxt sakinləri, həm də qonaqlar üçün çox maraqlı olacaq. Sözügedən caz festivalını lazımi işıqlandırma effektləri ilə təmin etməyə hər zaman hazırıq. Tərtibatın özü də olduqca maraqlıdır. Mütləq gəlin, hamınızı gözləyirik”. 

Caz ifaçısı Elnarə Həsənli isə jurnalistlərə müsahibəsində deyib ki, bu il "I am Jazzman" müsabiqəsi Azərbaycan, Honq Konq, Almaniya, Braziliya, Rusiya və Ukraynadan musiqiçi və vokalçıları bir araya gətirəcək.

“Mükafatlara gəlincə, birinci yerin qalibi 1000, ikinci yer 500, üçüncüsü 200 ABŞ dolları miqdarında pul mükafatı alacaq və onlara diplomlar da təqdim olunacaq. İştirakçıların yaş həddi 16-30 arası olur, amma bu il istisnalar etdik. Bu il bir yarışmaçımızın cəmi 11 yaşı var, lakin çox istedadlıdır”.

Mətbuat konfransında Azərbaycanın caz musiqiçisi Elbəy Məmmədzadə də iştirak edib:

“Bu il rusiyalı saksofonçu Andrey Konstantinovla birlikdə virtuoz ifa edəcəyəm. Ümid edirəm ki, dinləyicilər ifamızdan zövq alacaqlar. Bu möhtəşəm festivalın bütün təşkilatçılarına da təşəkkür edirəm”.

L.Əfəndiyeva xatırladıb ki, Rain Sultanov 2005-ci ildə Bakıda caz festivalını təşkil etdi və hazırda musiqiçi İspaniyadadır, Bakı Caz Festivalını təmsil edir: 

“Bizə xoşdur ki, festival günlərində “Euronews” komandası tədbiri lentə almaq üçün paytaxtımıza təşrif buyuracaq. Bu, bizim üçün böyük qələbədir. Bundan əlavə, dünya caz sənətçisi, hazırda YUNESKO-nun mədəniyyətlərarası dialoq üzrə xoşməramlı səfiri və Beynəlxalq Caz Gününün təsisçisi Herbi Henkokdan təşəkkür məktubu aldıq. Məktubda Henkok Bakı Caz Festivalının dünya cazının inkişafına verdiyi əvəzsiz töhfəni də vurğulayıb. Bu, bizim üçün böyük dəyərdir”. 

Bu il festival “Landmark” biznes mərkəzində, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək.

İnformasiya dəstəyi – BakuCity.az

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

Bakı caz festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
11 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...
Hadisələr
Sürücü xəsarət alıb Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib. Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb. Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb. BakuCity.az
Hadisələr
Dostlar sıxlıqda bir-birilərini itiriblər Bakıda 16 yaşlı gənc itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə or...
İdman
Yarışa 250 gimnast qatılacaq Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.  BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq. Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noy...
Ekologiya
Mülayim külək əsəcək Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Qızıl medal qazanıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən BakuCity.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Vətənə qalibiyyətlə dönə...
Cəmiyyət
"Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq?" Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitə...