Bakının iki qəsəbəsində qaz olmayacaq

Bakının iki qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının iki qəsəbəsinin qaz təminatında fasilə yaranacaq.

Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan etibarən Suraxanı rayonu, Yeni Suraxanı və Bül-Bülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərə qazın verilişində məhdudiyyət olacaq.

BakuCity.az

Bakı qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər