Bakıda məktəbəhazırlıq qruplarının müəllimlərinin fəaliyyəti yoxlanılacaq

Bakıda məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti yoxlanılacaq.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub:

"Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

BŞTİ müdiri qeyd edib ki, birinci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarə olunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə imkan verir.

O əlavə edib ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər (valideynin mikroərazidə daimi qeydiyyatı, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir: 

"Ümumilikdə, paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur. 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.

I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki,  2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib".

BakuCity.az

Bakı məktəbəhazırlıq müəllimlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...
Cəmiyyət
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandı...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Qurumdan BakuCity.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qər...
Cəmiyyət
“Sədərək” və “Binə” ticarət mərkəzi bağlı qərar qəbul edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. (report) BakuCity.az
Cəmiyyət
COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan el...
Cəmiyyət
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı ik...