Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

R.Tağıyev deyib ki, “2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində Bakıda 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə təyinat olub, 13 məktəb direktorunun isə iş yeri dəyişdirilib.

Həmçinin oxu: Bakıda məktəbəhazırlıq qruplarının müəllimlərinin fəaliyyəti yoxlanılacaq

Onun sözlərinə görə, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi ləğv edilib:

"Bundan əlavə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş həddinə çatmış 27 direktorla müqavilənin müddəti builki tədris ili çərçivəsində uzadılıb, 10 məktəb direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək münasibətlərinə xitam verilib".

BŞTİ müdiri qeyd edib ki, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

BakuCity.az

Bakı məktəb direktoru
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər