Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıtdı

Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıtdı

Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.

O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır:

"Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat gəzir, yeriyir, qida qəbul edir. Həkimlər bir az istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicəsini davam etdirmək üçün Türkiyəyə qayıdacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, bu ilin iyul ayında Y.Rzazadə müayinə və müalicə olunması üçün İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

73 yaşlı Xalq artistinin mədəsində bir neçə yara aşkarlanıb.

BakuCity.az

Bakı Yalçın Rzazadə Türkiyə müalicə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər