Bakıda yeni məktəb binası tikiləcək

Bakıda yeni məktəb binası tikiləcək, Arzu

Bakının Kürdəxanı qəsəbəsində 960 şagirdlik məktəb binası tikiləcək.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə,  müəbir təhsilssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur:

"Ehtiyac olan ərazidə daha bir yeni məktəbin (161 nömrəli tam orta məktəb) tikintisi başa çatdırılıb. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən şagird sıxlığının aradan qaldırılması məqsədilə Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur".

R.Tağıyev eyni zamanda dərsliklərlə təminat məsələsinə də toxunub. O bildirib ki, yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üçün 1 296 895 ədəd dərslik, 64 006 ədəd müəllim üçün metodiki vəsait, Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üçün isə 96 689 ədəd dərslik, 4961 ədəd müəllim üçün metodiki vəsait təhvil alınaraq yerlərə çatdırılıb".

BakuCity.az

Bakı məktəb yeni bina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər