Bakıda ən yaxşı Hellouin partiləri - SİYAHI + QİYMƏT

İlin ən sirli, qorxulu, eyni zamanda, əyləncəli günlərindən biri olan Hellouin yaxınlaşır.

BakuCity.az saytı paytaxt sakinləri üçün Bakıda keçiriləcək ən yaxşı “Halloween Party”lərin siyahısını təqdim edir.

Qeyd edək ki, bəzi yerlərdə bayram 31 oktyabrdan iki-üç gün əvvəl başlayacaq. Bundan əlavə, siyahımızda həm böyüklər, həm də uşaqlar üçün qorxulu parti seçə bilərsiniz.

“Sky Hotel”də “Drakulanın evində qonaqlıq”:

Macəra 31 oktyabr saat 18:30-da başlayacaq. Qonaqlar girişdə Qraf Drakula və onun sevgilisi ilə görüşəcəklər. Sonra fotosessiya üçün nəzərdə tutulmuş qorxulu dekoru qurmağa kömək edəcəklər. Əgər tədbirə karnaval kostyumunda qatılsanız, obrazınızı tamamlamaq üçün “face art” xidmətindən də yararlana biləcəksiz.

Təşkilatçılar müxtəlif maraqlı oyunlar hazırlayıblar. Belə ki, qaniçən yarasanı zərərsizləşdirib mükafat qazana bilərsiniz. Mükafat isə maraqlı kostyum olacaq. Sonda “lənətlənmiş” diskoteka ilə Drakulanın evindəki qonaqlıq başa çatacaq.

Biletlərin qiymətləri: böyüklər üçün 25 AZN (şənliyə giriş, fotosessiya, əyləncə, sürprizlər; menyu: çay, kofe - 7 növ şirniyyatla). Uşaqlar üçün 35 AZN (giriş, “face art”, fotosessiya, əyləncə, sürprizlər, hədiyyələr; menyu: fri, ketçup, nagetslər, pitsa, paytaxt salatı, blinçik). Əlavə uşaq üçün 30 AZN.

Əlaqə telefonları: (050) 320 68 68, (055) 965 68 86

“Fairmont” hotelinin 3-cü mərtəbəsində yerləşən “Jazz Lounge”da “Halloween Party”:

“Best Parties of Azerbaijan” hər zamankı kimi uşaqlar üçün ən yaxşı Hellouin şousunu hazırlayıb: konsert, iştirakçılarla “Hogwarts”da sehrli Hellouin tamaşası. Şənlikdə MARVEL-in qəhrəmanları, habelə mistik filmlərin - “Bumblebee”, “Maleficent”in personajları iştirak edəcəklər. Tədbirdə hər kəsin bəyəndiyi musiqilər və parodiyalar, peşəkar animatorlar tərəfindən hazırlanmış “The Phantom of the Opera”nın qəhrəmanlarının, Frankşteyn, vampirlər, Drakula, Ono, Harri Potter və dostlarının kostyumları, həmçinin diskoteka, uşaqlar və onların valideynləri ilə rəqslər yer alacaq.

Qeyd edək ki, burada “face art” və Hellouinə aid aksesuarlar pulsuz olacaq. Gecə oktyabrın 27-si saat 11:00, 13:00 və 15:00-da keçiriləcək.

Biletlərin qiyməti: 45 AZN
Əlaqə nömrəsi: (055) 222 24 25

“Baku Bay White City”də “Bamblbi - Bədheybətin qonağı” şənliyi:

26 oktyabrda Ağ Şəhərdə yerləşən “Baku Bay”da “Bamblbi - Bədheybətin qonağı” adlı Hellouin şousu keçiriləcək. Tədbir uşaqlar və valideynlər üçün musiqi karnaval üslubunda keçiriləcək. Drakulanın qonaqlığı, Drakula və nişanlısı ilə rəqs, oyunlar və hədiyyələr, ən yaxşı kostyum müsabiqəsi və hədiyyələr, fleşmob rəqsləri, “face art”, köpük şousu, alov şousu, fotosessiya, Hellouin üçün dekor, DJ İDN-in iştirakı ilə lənətlənmiş diskoteka sizi gözləyir. Arzu edənlər şou proqramın başlamasına 30 dəqiqə qalmış “face art” xidmətindən istifadə edə bilərlər.

Başlama saatı: 13:00 və 16:00-da
Biletlərin qiyməti: uşaqlar üçün 45 AZN, valideynlər üçün 35 AZN
Əlaqə nömrəsi: (055) 757 87 72

“Razzmatazz Lounge”da “Bamblbi Qraf Drakulanın qonağıdır” partisi:

27 oktyabrda “JW Marriott Absheron”da yerləşən “Razzmatazz Lounge”da “Bamblbi Qraf Drakula və Bədheybətin qonağıdır” adlı parlaq şou proqramlı möhtəşəm ziyafət gecəsi keçiriləcək.

Gecənin proqramı: Drakulaya çevrilmə, Qraf və onun nişanlısı ilə rəqs, oyunlar və hədiyyələr, ən yaxşı kostyum müsabiqəsi və hədiyyələr, fleşmob rəqsləri, “face art”, köpük şousu, alov şousu, fotosessiya, menyu, Hellouin üçün dekor, fotozona, DJ İDN-in iştirakı ilə “lənətlənmiş” diskoteka. Arzu edənlər şou proqramın başlamasına 30 dəqiqə qalmış “face art” xidmətindən istifadə edə bilərlər. 

Biletlər öncədən alınmalıdır. Qiymət: bir nəfər üçün 50 AZN (əlavə uşaq və valideyn 100 AZN)
Əlaqə nömrəsi: (051) 900 22 42

“Hype Mad Club”da “Halloween Party”:

27 oktyabr saat 19:00-da keçiriləcək şouda qonaqları rəqslər, həmçinin Azərbaycanda ilk dəfə LED robotlar üslübünda sürprizlər, rok konsert, müxtəlif yarışlar gözləyir. Yarışlardan biri də ən yaxşı kostyum və Hip-hop döyüşü üzrə keçiriləcək:

1) Hip-hop döyüşünün qalibinə A.F.R.O.-dan “Original Xiaomi Mi Band 4” saatı hədiyyə olunacaq;
2) Ən qorxulu kostyumun sahibinə isə A.F.R.O.-dan suvenir hədiyyə olunacaq (birinci, ikinci və üçüncü yerlər)

“Face art” üçün isə xüsusi yerlər ayrılıb. 

Biletlərin qiyməti: 25-450 AZN
Əlaqə nömrəsi: (050) 822 00 55

“Pullman Baku”da “Not So Scary Halloween” şousu:

Burada əyləncələr, maskaradlar, kostyumlu qəhrəmanlarla ziyafət, parad, yad adamlardan şirniyyat dilənən uşaqlar olacaq. Uşaqların qeyri-adi şənlik keçirməsi üçün əla fürsətdir.

Şou təşkilatçıları 26 oktyabr saat 12:00-da 5 yaşdan 15 yaşadək olan uşaqları gözləyəcək. 

Biletin qiyməti: 35 AZN
Əlaqə nömrəsi: (012) 538 90 90 

“Hard Rock Cafe”də “Little MonSTARS Bash” partisi:

“Hard Rock Cafe Baku” uşaqlarınızı Hellouin partisinə dəvət edir. 27 oktyabr saat 13:00-da azyaşlıları əyləncəli şou və özəl uşaq menyusu gözləyir. Balaca qonaqlar “face art”dan istifadə edərək maraqlı görünüş seçmək imkanı əldə edəcəklər. Sonra uşaqlar Drakula və Malefisenta ilə şənliyin qaranlıq dünyasına səyahət edə biləcəklər. Bayram unudulmaz sehrli şou ilə başa çatacaq. 

Biletlərin qiyməti: 30 AZN
Əlaqə nömrəsi: (012) 404 82 28

“Emoji Club”da Halloween 10+ “Joker’s party”:

26-27 oktyabr saat 17:00-da Coker hamınızı Hellouin bayramı münasibətilə "Joker’s party"yə dəvət edir. Qonaqlar Cokerin qonaqlığında iştirak edə, musiqi şousu və “LED robotics” şousunda əylənə biləcəklər.

Biletlərin qiyməti: 15/25/30 AZN
Əlaqə nömrəsi: (055) 689 51 01

Züleyxa İsmayılova

BakuCity.az

Bakı Hellouin şou
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az