Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib.
BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub.
Həmçinin oxu: Bakıda avtobus "Toyota" ilə toqquşdu - FOTO
Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb.
Sürücülər isə bir-birilərini günahlandıraraq, hadisə yerinə polis və sığorta işçilərinin gəlişini gözləyiblər.