Bakıda Meksika səfirliyinin daha bir maşını qəzaya düşdü: yaralılar var

Bakıda Meksika səfirliyinin daha bir maşını qəzaya düşdü: yaralılar var

Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb.

Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub.

Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü

Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar.

Xatırladaq ki, oktyabrln 11-də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floresin sürdüyü, səfirliyə məxsus BMW markalı avtomobil Səbail rayonunda Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub, nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. 

BakuCity.az

Bakı qəza Meksika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər