Bakıda ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

Bakıda ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis bölməsinə müraciət edib.

BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən bildirilib.

Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib.

Polis araşdırma zamanı atanın dərslərindən geri qalan və oxumaq istəməyən övladına qəzəblənərək şillə vurduğunu müəyyən edib. Uşağın bədənində başqa hər hansı ciddi xəsarət tapılmayıb.

BakuCity.az

Bakı direktor polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər