Bakıda 9 mərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BakuCity.az