Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ

Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ

BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir.

Bu gün Atatürk parkının təmirdən əvvəl necə olmasından, hazırda nə qədər dəyişməsindən bəhs edəcəyik. 

Keçmişə baxış

Park intensiv hərəkətli Atatürk prospektini iki hissəyə ayırır və ya prospektin düz ortasında yerləşir. Ümumi sahəsi 6.5 hektardır. Bu yaşıllıq ərazinin ətrafında bir çox köhnə və müasir tikililər var. Yerli sakinlər təmiz hava almaq, söhbət etmək, bir sözlə, dincəlmək üçün buraya böyük həvəslə gəlirlər. 

Burada bir zamanlar qış və yay salonları olan kinoteatr var idi. Həmin kinoteatrın ilk adı “Oktyabr”, sonrakı adı isə “Şuşa” idi. Zaman keçdikcə kinoteatr fəaliyyətini tamamilə dayandırdı.

Təbii ki, parkın görünüşü də artıq böyük şəhərin müasir tələblərinə cavab vermirdi. Buna görə də "Gənclik" metro stansiyasının yaxınlığında yerləşən bu məşhur parkın tamamilə yenidən qurulması qərara alındı.

Həmçinin oxu: Uşaqlar və böyüklər üçün: “Zabitlər Parkı” bütün gözəlliyi ilə - FOTOREPORTAJ

Yeni park

Oktyabrın 1-də Atatürk parkının rəsmi açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Şəhərin bu yaşıl hissəsi indi ziyarətçilərini gül-çiçəkli yaşıllıqlar və yeniliklərlə sevindirməyə hazırdır.

Parkda landşaft dizaynı tamamilə yenilənib. Yeni çiçəklər, kollar və ağaclar əkilib, qazon salınıb, müasir dekorativ qurğular qurulub. Parkda müxtəlif yaş qruplarının ehtiyacları nəzərə alınmaqla müxtəlif guşələr yaradılıb. İndi burada əyləncəli atraksionlar olan uşaq meydançası, idman avadanlıqları, hətta müxtəlif tədbirlər üçün konsert meydançası mövcuddur. Bundan əlavə, Atatürk parkının ərazisində, kənar hissələrdə velosiped və qaçış yolları çəkilib. Beləliklə, bu yollardan istifadə edənlər parkda istirahət edən insanları qətiyyən narahat etmirlər.

Yeni parkda həm axşam, həm də gündüz rahat şəkildə istirahət etmək mümkündür.

Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-1 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-2 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-3 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-4 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-5 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-6 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-7 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-8 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-9 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-10 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-11 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-12 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-13 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-14 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-15 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-16 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-17 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-18 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-19 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-20 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-21 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-22 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-23 Bakının yenilənən Atatürk prospekti: Mərkəzdə istirahət üçün ideal məkan - FOTOREPORTAJ, fotoşəkil-24

Züleyxa İsmayılova

FOTO: Nicat Əlili

BakuCity.az

Bakı istirahət park
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər