Bakıya gətirilən yeni avtobuslar nə vaxt xəttə buraxılacaq?

Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlim keçmiş sürücülər tərəfindən idarə olunacaq.

BakuCity.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir:

"Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi davam edir. Artıq 200-dən çox avtobus şəhərdədir. Çatdırılma prosesi plana uyğun olaraq davam etdirilir. Gətirilən avtobusların hamısı 12 metrlikdir. Növbəti aydan isə 20 ədəd 18 metrlik avtobusların gətirilməsi təmin ediləcək. Ümumilikdə çatdırılma prosesinin gələn ay tam yekunlaşdırılması nəzərdə tutulub.

Çatdırılma prosesi ilə yanaşı, bir neçə istiqamətdə də iş aparılır. İlk növbədə, bu avtobusları idarə edəcək sürücülərin komplektləşdirilməsi istiqamətində iş gedir. Sürücü qəbulu ilə bağlı elanlar verilib. Müraciət edən şəxslər Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib”. 

M.Ağayev digər bir vacib istiqamət kimi bu avtobuslarda kart oxuma cihazlarının quraşdırılmasını qeyd edib:

"Bu avtobuslar da xəttə buraxılan zaman gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə aparılacaq".

BNA rəsmisi qeyd edib ki, ilin sonuna qədər yeni avtobusların sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur.

BakuCity.az

Bakı yeni avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
133 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...
Hadisələr
Sürücü xəsarət alıb Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib. Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb. Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb. BakuCity.az
Hadisələr
Dostlar sıxlıqda bir-birilərini itiriblər Bakıda 16 yaşlı gənc itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə or...
İdman
Yarışa 250 gimnast qatılacaq Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.  BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq. Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noy...
Ekologiya
Mülayim külək əsəcək Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Qızıl medal qazanıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən BakuCity.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Vətənə qalibiyyətlə dönə...
Cəmiyyət
"Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq?" Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitə...