Bakıda Rusiya istehsallı qısametrajlı filmlər nümayiş olunacaq

Bakıda Rusiya istehsallı qısametrajlı filmlər nümayiş olunacaq

Oktyabrın 23-də Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan altı qısametrajlı film nümayiş ediləcək.

BakuCity.az xəbər verir ki, filmlərin təqdimatı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə reallaşacaq.

Qeyd edilən tarixdə “Plastikin gücü”, “Ağac”, “İçində okean olan balıqqulağı”, “Bəxtsiz”, “Savadsızlığın ləğv edilməsi” və “Qadın yataqxanası” filmləri izləniləcək. Proqramın xronometrajı 1 saat 31 dəqiqədir. Filmlər rus dilində təqdim ediləcək.

“Artkino” Qısametrajlı Filmlər Festivalı Rusiyada qısametrajlı film festivallarının ən irimiqyaslısıdır. Festivalda təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları deyil, həm də müstəqil müəlliflər iştirak edirlər.

BakuCity.az

Bakı film Rusiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər