Bakıda bir ay əvvəl itkin düşmüş qız tapıldı

Bakıda bir ay əvvəl itkin düşmüş qız tapıldı

Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib.

1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsində yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ailəsinə təhvil verilib.

BakuCity.az

Bakı itkin qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər