Yeni avtobuslar Bakıətrafı qəsəbələrə hansı halda verilə bilər?

Yeni avtobusların Bakıətrafı qəsəbələrə verilib-verilməməsi məsələsinə aydınlıq gətirilib.

BakuCity.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib ki, ilk növbədə, vətəndaşların daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq:

“Bu məqsədlə bir neçə müddətdir daxil olan vətəndaş müraciətləri araşdırılır. Ətraf kənd və qəsəbələr istiqamətində yeni avtobusların istismara verilməsi mümkündür, bir şərtlə ki, orada yol infrastrukturu buna imkan versin. Burada təkcə söhbət yolun saz vəziyyətdə olub-olmamasından getmir. Bilirsiniz ki, yeni avtobuslar 12-18 metrlikdir və bunların qəsəbədaxili yollarda manevr etmə imkanları da mütləq nəzərə alınmalıdır. Belə bir imkan olan ərazilərə yeni avtobusların verilməsi mümkündür və qeyd etdiyim kimi, bu məsələyə baxılır.

Həmçinin oxu: Bakıya gətirilən yeni avtobuslar nə vaxt xəttə buraxılacaq?

Ümumilikdə isə ətraf kənd və qəsəbələrdə sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması bu gün bizi qayğılandıran ən vacib məsələlərdəndir. Qarşıdakı aylarda bu məsələ ilə bağlı mühüm irəliləyişlər olacaq. Avtobus parkının yenilənməsi işləri çərçivəsində dövlət tərəfindən yeni nəqliyyat vasitələrinin alınması gələn il də nəzərdə tutulub".

Agentlik nümayəndəsi onu da vurğulayıb ki, yeni avtobusların ən mühüm cəhətlərindən biri onun ekoloji baxımdan daha təmiz olmasıdır:

"Bildiyiniz kimi, bu avtobuslar sıxılmış təbii qazla işləyir. Bu isə ətraf mühitin qorunması, atmosferə daha az tullantının atılması baxımından vacib məqamdır".

BakuCity.az

Bakı ətraf qəsəbələr avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
231 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Paytaxt sakini tutuldu Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis P...
Mədəniyyət
Qum hamamı, ovdan da bərpa olunur Balaxanı bir vaxtlar neft gölməçələrinin, nəhəng zibil poliqonunun əhatəsində yerləşsə də, indi simasını tamamilə dəyişib. Dövlət başçısının tapşırığı ilə bu qəsəbədə yollar, küçələr abadlaşdırılır, kanalizasiya, su, telefon xətləri yenilənir, köhnə dam örtükləri, qapı-pəncərə dəyişdirilir, qəsəbə başdan-başa yaşıllaşdırılır. Qəsəbədəki tarixi məkanlar da bərpa edilir və abadlaşdırılır. BakuCity.az AzTV.az-a istinadən xəbə...
Cəmiyyət
Dayanacaq pavilyonlarının 50%-i təmir edilib Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib. Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: "Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfi...
Hadisələr
Sərxoş olublar Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər müəyyən olunaraq saxlanılıb.  Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. E.Hacıyev qeyd edib ki, noyabrın 12-si saat 22:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində iki nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara v...
Cəmiyyət
Azərbaycan paytaxtından Yerin ən cənub qitəsinə gedən yol Antarktida dünyanın ən sirli yerlərindən biridir. Burada temperatur, demək olar, mənfi 90 dərəcəyə qədər enə bilər. Buna baxmayaraq, buz qitəsində uzunluğu 30 km-dən çox olan Oniks kimi çaylar axır. Yalnız Antarktidada təəccübə səbəb olan “Qanlı şəlalə”ni görə bilərsiniz. Ən təmiz dəniz olan Ueddell də məhz burada yerləşir.  Bəs günəşli Bakıdan buzlu Antarktidaya necə getmək olar? BakuCity.az qeyri-...
Cəmiyyət
Sabunçu qəsəbəsində sakinlərin problemləri müzakirə olunub Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Sabunçu rayonu Sabunçu qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yüzlərlə sakinin,...
Cəmiyyət
Günah sərnişinlərdədir? Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi qeydə alınıb. BakuCity.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov buna səbəb kimi sərnişin sıxlığını göstərib: "Bəzi stansiyalarda bu gün səhər sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutaraq saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansi...
Cəmiyyət
Məcburi köçkünlər məskunlaşmışdı Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı bağ evi təmir edilir. Bu barədə BakuCity.az Xəzər TV-yə istinadən məlumat verir. Artıq ərazidə təmir-bərpa işlərinə start verilib. İkimərtəbəli bina əvvəlki görkəminə qaytarılacaq. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə vəziyyətinə qaytarılıb. Xatırladaq ki, milyonçunun vəfatından sonra II Dünya müharibəsində bu evdə təxliyə h...
Cəmiyyət
Valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi? Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir. Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.  BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az...