Bakıda Elinanın ölümü ilə bağlı təqsirləndirilən keçmiş direktora cəza istənildi - VİDEO

Bakıda Elinanın ölümü ilə bağlı təqsirləndirilən keçmiş direktora cəza istənildi - VİDEO

Bu gün Bakının Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S.Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.

Amma S.Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılmasını istəyib.

E.Hacıyevanın ailəsinin vəkilləri bildiriblər ki, istənilən cəza həddindən artıqdır: “Bu biabırçılıqdır”.

S.Abbasova isə məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, istənilən cəza ilə razı deyil və bəraət istəyir.

Məhkəmə oktyabrın 18-də davam etdiriləcək.

BakuCity.az

Bakı Elina intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər