• Ana səhifə
  • Bakıda “Azercell”in şəbəkəsində problem var
12:50, 16 oktyabr 2019

Bakıda “Azercell”in şəbəkəsində problem var

Bakıda “Azercell”in şəbəkəsində problem var

Bakıda “Azercell”in şəbəkəsində problem yaranıb.

BakuCity.az-ın məlumatına görə, "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı "Report"un sorğusuna cavab olaraq "Azercell Telecom" MMC-dən bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür:

“Qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək”.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən "Azercell"in şəbəkəsində problem yaranıb. Mobil operatorun abunəçiləri zəng və internet xidmətlərindən istifadə edə bilmirlər.

BakuCity.az

#Bakı #Azercell #şəbəkə

Şərhlər

Elan
live comments feed...