Bakıda estrada ulduzlarının iştirakı ilə konsert olacaq

Bakıda estrada ulduzlarının iştirakı ilə konsert olacaq

Oktyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.

BakuCity.az xəbər verir ki, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupu çıxış edəcəklər.

Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.

19:00-da başlayacaq konsertə giriş sərbəstdir.

BakuCity.az

Bakı konsert estrada
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər