Bakıda duman, çiskin olacaq

Bakıda duman, çiskin olacaq

Bakıda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 17-18-də Bakıda meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Bakı duman çiskin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər