Bakıda təhsil alan I sinif şagirdlərinin sayı açıqlanıb

Bakıda təhsil alan I sinif şagirdlərinin sayı açıqlanıb

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır.

Onlardan 46 051 şagird Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki, 2 763 şagird isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyur.

İdarədən BakuCity.az-a verilən məlumata görə, ümumilikdə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır.

Qeyd edək ki, hər il olduğu kimi, 2019-2020-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)  göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

BakuCity.az

Bakı təhsil birinci sinif
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər