Bakıda transformatora girən uşağın ayaqları və qolu amputasiya edildi

Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub.

BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb.

O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb.

E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir sözlə, psixoloji travmaları çoxdur.

Jurnalist uşağın faciəsinə görə “Azərişıq” ASC-nin cavabdeh olduğunu deyib:

“Bundan əvvəl də dəfələrlə belə faciələr baş verib. Ötən ayın sonunda Maştağada 8 yaşlı oğlan transformatora yapışıb külə döndü”. 

Xatırladaq ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində baş verib. Ağır vəziyyətdə olan Z.Əliyeva 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün elektrik transformator məntəqələri standartlara uyğun olaraq bağlı vəziyyətdə olur:

“Bütün məntəqənin ətrafına hasar çəkilib və kənar şəxslərin girişi tam qadağandır. Qapılar hər zaman kilidli olur. Hamısının qarşısında da xəbərdaredici lövhələr vurulub. Bu cür qapalı olan yerə uşaqların necə girdiyini bilmirik. Əməkdaşlar hadisə yerində olub. Araşdırma aparılır”.

BakuCity.az

Bakı uşaq amputasiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
326 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qəhrəman Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Ko...
Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...
Hadisələr
Sürücü xəsarət alıb Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib. Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb. Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb. BakuCity.az
Hadisələr
Dostlar sıxlıqda bir-birilərini itiriblər Bakıda 16 yaşlı gənc itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə or...
İdman
Yarışa 250 gimnast qatılacaq Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.  BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq. Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noy...
Ekologiya
Mülayim külək əsəcək Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Qızıl medal qazanıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən BakuCity.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Vətənə qalibiyyətlə dönə...