Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, “Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar dinlənilib.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli sərəncamından irəli gələn məsələlər müzakirə olunub.

Həmçinin iclas çərçivəsində XIII qrant müsabiqəsinin (C kateqoriyası üzrə) nəticələri təsdiq edilib.

Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO, fotoşəkil-1 Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO, fotoşəkil-2 Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO, fotoşəkil-3 Bakıda Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO, fotoşəkil-4

BakuCity.az

Gənclər Fondu iclas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər