Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO

Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayıb.

Daha sonra proqram “Ad Gloriam Brass” ansamblının ifası ilə davam edib.

Həmçinin oxu: “Duman” Bakıda konsert verəcək

Konsertdə ansambl Xorvatiyanın İsiriya bölgəsindən olan Renessans dövrünə aid xorvat musiqilərini, daha sonra Xorvatiya vokal musiqisindən ənənəvi parçalar, həmçinin müasir xorvat bəstəkarı Tomislav Uhlikin “Kiçik folklor sərgisi” əsərini ifa edib.

Konsertin ikinci hissəsində dünya opera ədəbiyyatından hazırlanmış kompozisiyalar və məşhur əsərlər ifa olunub.

Qeyd edək ki, ansamblın üzvləri Bakını, o cümlədən İçərişəhəri gəzib, milli mətbəx nümunələrimizdən dadıblar.

“Ad Gloriam Brass” 26 ildir fəaliyyət göstərən bir sekstet ansamblıdır.

Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO, fotoşəkil-1 Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO, fotoşəkil-2 Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO, fotoşəkil-3 Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO, fotoşəkil-4 Xorvatlar Bakıda konsert verdilər, şəhəri gəzdilər - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakı Xorvatiya ansambl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər