17:25, 16 oktyabr 2019

Bakıdan Manamaya birbaşa aviareys açılır

Bakıdan Manamaya birbaşa aviareys açılır

Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır.

“Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına ev sahibliyi edir.

Qeyd edək ki, bundan əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açmışdır.

Yaxın gələcəkdə "Buta Airways" Yaxın Şərqin bir sıra digər şəhərlərinə də birbaşa reyslər açmağı planlaşdırır.

BakuCity.az

#Bakı #Manama #aviareys

Şərhlər

Elan
live comments feed...