Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib, dava zamanı o, üç bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki qolun, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib. K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

BakuCity.az

Bakı mübahisə bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər