Prezident Bakıda ictimai nəzarəti gücləndirməyə çağırdı

Prezident Bakıda ictimai nəzarəti gücləndirməyə çağırdı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ictimai nəzarəti gücləndirməyə çağırıb.

BakuCity.az-ın məlumatına görə, dövlət başçısı oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib ki, Azərbaycanda hər bir sahə şəffaf olmalı və ən yüksək standartlara cavab verməlidir:

“Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır”.

İlham Əliyev vurğulayıb ki, hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər:

“Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

BakuCity.az

Bakı İlham Əliyev ictimai nəzarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər