Bakıda dəhşət: arvadını və qayınanasını öldürüb yandırdı, özünü maşın vurdu - VİDEO

Bakıda dəhşət: arvadını və qayınanasını öldürüb yandırdı, özünü maşın vurdu - VİDEO

Bakının Binəqədi rayonu, Aydınbəyov küçəsi, 22 ünvanında qətl törədilib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, V.Hüseynov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Mübahisə də məhz bu səbəbdən baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri aparılır, ekspertizalar təyin olunub.

Qeyd edək ki, ötən gün Binəqədi rayonunda daha bir ağır qətl hadisəsi qeydə alınıb.

Nicat Abdullayev “Avtovağzal” metro stansiyasının yaxınlığında həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N.Abdullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

BakuCity.az

Bakı qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər