Bakıdakı ağır qətlin təfərrüatları: "Hər gün içib evə gəlirdi" - FOTO

Bakıdakı ağır qətlin təfərrüatları: "Hər gün içib evə gəlirdi" - FOTO

"Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi".

BakuCity.az xəbər verir ki, bu sözləri hadisə yerində olan Lent.az -ın əməkdaşına mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib.

R.İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi:

"Bacım onunla heç bir il deyildi ki evli idi. Vaqif evsiz, işsiz bir adamdır. Biz Qərbi Azərbaycandanıq, onlar əslən Bərdə rayonundandır. Bu gördüyünüz həyətdə 2 otaqlı 2 evim var. Birini kirayə verirdim. Bacımgilin evləri yox idi deyə, dedim yazıqdılar, gəlib qalsınlar. Nə bilərdik belə olacağını?! Vaqifin hər gün içib evə gəldiyini öyrənirdim. Bundan sonra bu qatili evdən qovmuşdum. Son vaxtlar burada bizimlə yaşamırdı. Arabir bacıma hədə-qorxu gəlirmiş ki, barışsınlar. Dünən də mən evdə olmamışam. Gəlib bacımı da öldürüb, anamı da. Bundan ürəyi soyumayıb, meyitləri də yandırıb. Səs-küyə eyni həyətdə qalan bibimgil gəlib".

Həmçinin oxu: Bakıda dəhşət: arvadını və qayınanasını öldürüb yandırdı, özünü maşın vurdu - VİDEO

Qardaşın dediyinə görə, hələ ki kürəkən tərəfin ailəsindən heç kim onlara gəlməyib.

Xatırladaq ki, hadisə dünən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. 1971-ci ol təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini - qaynanasını bıçaqlayıb. Qətli törədən şəxs hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özünü isə qaçarkən Azadlıq prospektində avtobus vurub. V.Hüseynov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıdakı ağır qətlin təfərrüatları: "Hər gün içib evə gəlirdi" - FOTO, fotoşəkil-1 Bakıdakı ağır qətlin təfərrüatları: "Hər gün içib evə gəlirdi" - FOTO, fotoşəkil-2 Bakıdakı ağır qətlin təfərrüatları: "Hər gün içib evə gəlirdi" - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı ağır qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər