13:34, 17 oktyabr 2019

Bakıda sabah da hava isti olacaq

Bakıda sabah da hava isti olacaq

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda oktyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu paytaxtda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, paytaxtda meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

#Bakı #hava proqnozu

Şərhlər

Elan
live comments feed...