Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO

Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, Arzu

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ll Animafilm - Bakı Beynəlxalq Animasiya Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

BakuCity.az xəbər verir ki, üç gün davam edəcək (18-20 oktyabr) festival Azərbaycan animasiyasının 50 illiyinə həsr olunub.

Festival rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının, Çexiya və Fransanın Azərbaycandakı səfirliklərinin, “Çinar Yayımları” nəşriyyatının, Azərbaycandakı Fransız İnstitunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. 

Builki festivalda yenilik edilərək uşaqlardan ibarət münsiflər heyəti yaradılıb. Uşaqların münasiflər heyətinin üzvlüyünə seçim prosesini Azərbaycanın tanınmış animasiya rejissoru və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirib. Şərtlərə  görə, “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini həmin beş uşaqdan ibarət münsiflər heyəti müəyyən edəcək. 

İkinci festivalın mövzusu Çexiya animasiyasıdır. Festivalın müsabiqədənkənar proqramında Çexiya filmlərinə baxış təşkil olunacaq. 

Qeyd edək ki, sözügedən festivalın plakatını da çexiyalı animasiya rejissoru Filip Poşivaç işləyib hazırlayıb.

Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, fotoşəkil-1 Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, fotoşəkil-2 Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, fotoşəkil-3 Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, fotoşəkil-4 Bakıda ilk dəfə uşaqlardan ibarət münsiflər heyəti yaradılıb - FOTO, fotoşəkil-5


Arzu Murad

BakuCity.az

animasiya festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər