Bakı metrosunda sərnişin relslərin üzərinə atıldı

Bakı metrosunda sərnişin relslərin üzərinə atıldı

Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb.

BakuCity.az-ın məlumatına görə, qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:

“Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”.

BakuCity.az

Bakı metro sərnişin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər