Bakıda taxıl konfransı keçiriləcək

Bakıda taxıl konfransı keçiriləcək

Bakıda taxıl konfransı keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AzPromo) BakuCity.az-a verilən məlumata görə, oktyabrın 23-24-də Bakıda XI Beynəlxalq Taxıl Konfransı (Global Grain Outlook) keçiriləcək.

Tədbirin Rusiya Taxıl Birliyinin (Российский зерновой союз) təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulur.

Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s. məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edəcək.

BakuCity.az

Bakı taxıl konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər