Bakıda ərzaq firmalarından birinə məxsus yük maşını qəza törədib.
BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Əlövsət Quliyev küçəsində baş verib.
Həmçinin oxu: Bakıda Milli Məclisin yanında dəhşətli qəza - VİDEO
Qəzaya səbəb sürücünün yol kənarındakı ağacın hündürlüyünü nəzərə almaması olub.
"Ford" markalı maşının yük hissəsi ağaca ilişərək aşıb. Nəticədə yolun sol hissəsində dayanan, polis əməkdaşına məxsus "Chevrolet" markalı maşına da ziyan dəyib.